“Hesab edirəm ki, bələdiyyə seçkisində səsvermənin keçirilməsində aşkarlıq baxımından biz bütün tələbləri yerinə yetirəcəyik. Çalışacağıq ki, yanvarın 29-da axşam və 30-da günorta ilkin nəticələri ictimaiyyətə çatdıraq”.
Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.
O bildirib ki, bələdiyyə seçkisini 70 mindən artıq müşahidəçi izləyəcək. Min məntəqədə kamera quraşdırılıb.
Məzahir Pənahov, həmçinin qeyd edib ki, bələdiyyə seçkisinə beynəlxalq müşahidəçilər qeydə alınmayıblar.
Aləmdə Nəsib