Basketbolun 5×5 növü üzrə Azərbaycan millisinin üzvü Tatyana Deniskina yığmadakı karyerasını bitirib.
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, 39 yaşlı oyunçu bu barədə özü məlumat verib.
O bundan sonra 5×5-də oynamayacağını bildirib.
Təcrübəli basketbolçu hələlik 3×3 növü üzrə Azərbaycan yığmasında məşqlər etdiyini deyib.
Qeyd edək ki, Tatyana Deniskina 2009-cu ildən 5×5 növü üzrə Azərbaycan millisində çıxış edirdi.