Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.
Bu barədə Oxu.Az Milli Hidrometeorologiya Xidmətinin məlumatına istinadən xəbər verir.
Yanvarın 21-i saat 10:00-a olan məlumata əsasən, əksər rayonlarda hava şəraiti yağmursuz keçib. Lakin yanvarın 20-də bəzi şərq rayonlarında arabir yağıntılı olub.
Belə ki, düşən yağıntının miqdarı Biləsuvar, Yardımlıda 2, Ordubad, Şəki, Şabran, Astarada, eyni zamanda, Bakıda və Abşeron yarımadasında 1 mm-dir.
Dağlıq rayonlarda qar yağıb, qar örtüyünün hündürlüyü Qrızda (Quba) 16, Altıağacda 9, Lerik, Şamaxıda 3, Şahbuzda 2, Xaltan, Lənkəran, Qobustan, Daşkəsəndə 1 sm-dir.
Qərb küləyi əsib, sarı xəbərdarlığa uyğun olaraq, arabir Şahdağda 20 m/s, Goranboyda 19 m/s, Naftalanda 18 m/s, Mingəçevirdə 16 m/s-dək güclənib. Şamaxı, Qrız, Şahdağ, Lerik, Şəki, Qubada duman müşahidə olunub, dumanda görünüş 500 metrədək məhdudlaşıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 3, Aran rayonlarında 2 dərəcə şaxtadan 5 dərəcəyədək isti, Naxçıvan MR-də və dağlıq rayonlarda 8 dərəcəyədək şaxta qeydə alınıb.