Tesla-nın baş direktoru Elon Musk bildirib ki, onun avtomobilləri ilin sonuna qədər tam avtonom (sürücüsüz) olacaq.
“Mən optimistəm… Düşünürəm ki, uğur qazana bilərik… Deyəsən, bu il baş verəcək”, – Mask CNBC-yə müsahibəsində müvafiq suala cavab verərkən deyib.
Mask Texas ştatının Ostin şəhərində və Kaliforniyanın San-Fransisko şəhərində avtomobilin avtomatik idarəetmə sisteminə müdaxilə etmədən bir neçə gün ardıcıl sürdüyünü söyləyib.
Mask, sıx nəqliyyat və çoxlu sayda evsiz insan ilə əlaqədar olaraq şəhərlərin avtopilot üçün çətin olduğunu qeyd edib.