“Trendyol”a təqdim olunan “UNİTED ALLİANCE” birləşmiş şirkətlər servisi ilə platformadan sifariş edilən məhsulların tez bir zamanda Azərbaycanda ünvana və “gəl al” nöqtəsinə çatdırılması xidməti göstəriləcəkdir
3 May-dan etibarən Türkiyənin məşhur alış-veriş saytı olan “Trendyol”a daxil olarkən Azərbaycan istifadəçilərinə yeni seçim imkanı təklif edilir.
Təklifdə “Trendyol” siparişlerini artık Azerbaycan adresinde teslim alabilirsin” seçimi yer alıb. Yeniliklə vətəndaşlar Azərbaycan nömrəsi ilə qeydiyyatdan keçərək, sifarişi “Trendyol” saytından izləyə bilərlər.
Eyni zamanda, sifarişçi adres olaraq təslim al nöqtəsi və öz ev ünvanını qeyd edərək, məhsulu birbaşa təhvil ala bilər.
Əlavə olaraq ölkədə fəaliyyət göstərən karqo şirkətləri üçün digər iş imkanlarıda yaradılmışdır.
“Kargolux” şirkətinin təsisçisi Ülvi Əzizov tərəfindən “Trendyol”a təqdim olunan layihədə bütün karqo şirkətləri üçün yeni iş imkanı yaradılmışdır. Onun sözlərinə görə bu layihə sayəsində ölkədə fəaliyyət göstərən yerli karqo şirkətləri üçün haqsız rəqabət mühiti və inhisarlıq yaranması ehtimalı ortadan qalxmış olacaqdır.
““Trendyol” Azərbaycan müştərisinə və ölkədə olan yerli karqo şirkətlərinə verdiyi dəyəri təsdiqləmiş oldu. Bugünədək “Trendyol”un ölkədə inkişaf etdirilməsində yerli karqo şirkətlərinin böyük dəstəyi olmuşdur. “Trendyol”a təqdim olunan “UNİTED ALLİANCE” birləşmiş şirkətlər servisi ilə platformadan sifariş edilən məhsulların tez bir zamanda Azərbaycanda ünvana və “gəl al” nöqtəsinə çatdırılması xidməti göstəriləcəkdir”,- “Kargolux” şirkətinin təsisçisi bildirib.
Yekunda, Ülvi Əzizov “Trendyol”un Azərbaycanda inkişaf etdirilməsi, vətəndaşlara düzgün və zamanında xidmət göstərilməsi üçün “UNİTED” servisi altında bütün imkanlarından istifadə edəcəyini və müqavilə mərhələsində olduğunu vurğulayıb.
Həmçinin vətəndaşların sevdiyi karqolar platformada yer alacaqdır.