2022-ci ilin sonunda Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF), Fransanın Paris şəhərində yerləşən Place Vendome daşınmaz əmlak kompleksinin icarəyə verilməsi ilə bağlı olaraq 5 001 343 Avro (20 iyun 2023-cü il tarixinə rəsmi məzənnə ilə 9 278 491 manat) məbləğində icarə haqqı əldə edib.
Bu məqam Banker.az Hesablama Palatasının Dövlət Neft Fondu ilə bağlı 2022-ci il büdcənin icrası haqqında rəyində qeyd olunmuşdur.
Bildirilir ki, daşınmaz əmlağın icarədə olma faizi 99%-dır.
Qeyd edək ki, 2022-ci ilin əvvəlində Parisdəki “SCI 8 Place Vendome” 376.60 milyon AZN (221.53 mln. USD) dəyərləndirilmişdir.