“Vaqner” özəl hərbi şirkətinin texnika kolonu, Rusiyanın Rostov vilayətindən getdikdən sonra ərazidə 10 min kvadratmetrdən çox yol örtüyünün ziyan gördüyü məlum olub.
Bu haqda şəhər administrasiyasının rəhbəri Aleksey Loqvinenko özünün “Telegram” kanalında məlumat paylaşıb.
“Ən çox ziyan çəkən ərazi Budyonnovski prospekti olub. Hal-hazırda işçi qrupları ziyanı aradan qaldırmağa başlamaq üçün hərəkətə keçiblər. Bütün işlərin iki gün ərzində başa çatdırılması planlaşdırılır,” – məlumatda diqqət çəkilmişdir.