“Azercell Telekom” MMC-nin fakturalı xətt sisteminə korporativ abunəçilərə təqdim edilən “Socar 500” və “Socar 1500” danışıq paketləri 22 avqust 2023 tarixindən etibarən daha da yüksək keyfiyyətə sahib edilmək və korporativ müştərilərə təklif olunan tariflərin optimallaşdırılması məqsədilə ləğv ediləcək.
Marja məlumat verir ki, bu dəyişikliklər “Azercell Telekom” MMC-nin məlumatında bildirilir.
Göstərilən tarixə qədər hansısa bir danışıq paketini əldə edən abunəçilər müvafiq istifadə müddəti bitənədək ondan istifadə etməyə davam edə bilərlər.
Qeyd olunur ki, abunəçilər bu dəyişikliklər və “Azercell Telekom” MMC tərəfindən təqdim edilən xidmətlər, tariflər və keçirilən kampaniyalar barədə ətraflı məlumatlara rəsmi internet səhifəsindən (www.azercell.com) və ya Əlaqə Mərkəzinə (MX və ya Eksklüziv ofislər, həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən Telefon Mərkəzi) müraciət edərək əldə edə bilərlər. Korporativ abunəçilər xüsusi Müştəri Xidmətlərinə ((012) 490-49-40 – şəhər telefonundan, 6050 – mobil telefondan (1 zəng – 0,1 AZN); Bazar ertəsi – Cümə, 09:00 – 18:00; Şənbə, 09:00 – 16:00; e-poçt: [email protected]) müraciət edərək mövcud tariflər, kampaniyalar və xidmətlərlə bağlı məlumat əldə edə, müxtəlif əməliyyatlar həyata keçirə və texniki dəstək ala bilərlər.