“Bank Olmayan Kredit Təşkilatı İnternational” QSC-nin hər birinin nominal dəyəri 1000 manat olan 6000 ədəd faizli, təminatsız, sənədsiz, adlı istiqrazları qeydə alınb. Təşkilat istiqraz buraxılışı ilə 6 milyon manat cəlb etməyi hədəfləyir.
Bond.az xəbər verir ki, istiqrazların gəlirliliyi illik 18%, tədavül müddəti 60 aydır.
İstiqrazlar üzrə hesablanmış faizlər, buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 30 gündən bir ödəniləcəkdir.