Xalq şairi Nəriman Həsənzadə bu gün müalicə aldığı xəstəxanadan evə buraxılıb.
Oxu.Az APA-ya istinadla xəbər verir ki, bu barədə şairin ailə üzvləri məlumat yayıblar.
Qeyd edək ki, Nəriman Həsənzadə bir neçə gün əvvəl Bakı Sağlamlıq Mərkəzində ürəyindən əməliyyat edilib.