Olavio Juninyonu “Flamenqo”ya satan “Qarabağ” Portuqaliyanın “Çaves” klubuna yarım milyon avro ödəməli olacaq.
Oxu.Az xəbər verir ki, buna səbəb ağdamlıların 2023-cü ildə Juninyonu alarkən portuqaliyalının müqaviləsinə futbolçunun gələcəkdə başqa kluba satışından əldə olunan məbləğin 10%-ni almaq bəndini daxil etməsidir.
Belə ki, vaxtilə bu transferdən təxminən 500 min avro qazanan “Çaves” indi daha yarım milyon qazanacaq.
Qeyd edək ki, “Flamenqo” 28 yaşlı forvard üçün “Qarabağ”a 5 milyon avro ödəyib.