Lənkəran Dövlət Universitetinin (LDU) tələbəsi Aylin Məmmədova faciəli şəkildə həlak olub.
Oxu.Az xəbər verir ki, o, yolu keçərkən avtomobil vurması nəticəsində ölüb.
Hadisə ötən gün saat 19 radələrində Ələt-Astara yolunun Masallı rayonunun Təzə Alvadı kəndindən keçən hissəsində qeydə alınıb.
Qeyd edək ki, o, LDU-nun “Filologiya və ibtidai təhsil” fakültəsinin xarici dil müəllimliyi (ingilis dili üzrə) ixtisasının II kurs tələbəsi idi.
Masallı rayonunda piyadavurma hadisəsi baş verib.
Oxu.Az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə dünən saat 19 radələrində Ələt-Astara yolunun 154-cü kilometrliyində – Təzə Alvadı kəndinin ərazisində qeydə alınıb.
Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü Niyazi İkram oğlu Abdullayev idarə etdiyi “Mercedes-Benz” markalı, 10-UT-770 dövlət nömrə nişanlı avtomobillə yolu keçən kənd sakini, 2006-cı il təvəllüdlü Aylin Malik qızı Məmmədovanı vurub.
Xəstəxanaya yerləşdirilmiş A.Məmmədova orada ölüb. Məlumata görə, hadisə A.Məmmədova avtobusdan düşüb yolu keçərkən baş verib. O, universitetlərdən birinin tələbəsi imiş.