“Diamed” tibb şirkətləri brendinə daxil olan “Diamed Development Group” MMC 2022-ci ili 815 min manat zərər edib. 2021-ci ildə isə bu zərər 218 min manat olmuşdu.
Banker.az xəbər verir ki, bu barədə şirkətin illik maliyyə hesabatında qeyd edilir.
Bununla da illərin yığılmış zərəri 1 milyon 33 min manata yüksəlib.