“Bolmart” supermarketlər şəbəkəsini idarə edən “Pro – Mart” MMC şirkəti 2022-ci ili 27 min 418 manat xalis manat xalis mənfəət ilə başa vurub. Şirkət 2021-ci ili 14 min 222 manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, ötən il “Pro-Mart” şirkətinin xalis mənfəəti təxminən 2 dəfə və ya 13 min 196 manat artıb.
Marja xəbər verir ki, “Pro – Mart” şirkətinin satışdan gəlirləri 2021-ci ildə 109 milyon 631 min manata ikən, 2022-ci ildə 141 milyon 26 min manata yüksəlib (31 milyon 395 min manat və ya 28,6% artıb).
Ötən il “Pro – Mart” MMC-nin cəmi xərcləri 140 milyon 998 min manat təşkil edib.
31 dekabr 2022-ci il tarixində “Pro – Mart” MMC 52 milyon 973 min manat cəmi aktivlərə malik olub. Şirkət 2021-ci ilin sonunda 49 milyon 995 min manat cəmi aktivlərə malik idi.
11 milyon 721 min manat nizamnamə kapitalına malik olan “Pro-Mart” MMC-nin təsisçiləri “Az Fast Moving Businness” MMC (50%) və “Unitrade Group” MMC-dir (50%). Cəmiyyətin qanuni təmsilçiliyi Məmmədov Ramil Əşrəf oğluna məxsusdur.
Marja.az