- SOCAR-ın “Yaşıl” istiqrazlarına qeydiyyat başladı
- Rəsmi məzənnələr açıqlandı
- ChatGPT şirkət xaosu baş verdi
- Qərar: Antiterror əməliyyatları şəhidlərinin kredit borcları silinir
- Bakıda mağazadan oğurluq edən şəxs nəzarətçini bıçaqlayıb
- KİV: Paşinyan istefa verməyəcəyini bildirib
- BOKT illik 18 faizlə istiqraz buraxdı
- Bitcoin: Maykl Seylorun Heyrətamiz Proqnozu – Ən Yeni Yatırım Fürsətləri
Author: admin
Britaniyanın XİN başçısı Ceyms Kleverli Azərbaycanın Ukraynaya humanitar yardımı üçün xarici işlər naziri Ceyhun Bayramova təşəkkür edib. Bu barədə o, Tvitterdə paylaşım edib. “Böyük Britaniya Cənubi Qafqazda rifahı, sülhü və təhlükəsizliyi dəstəkləyir”, – paylaşımda vurğulanıb. Ceyms Kleverti birlidib ki, Azərbaycanla Ermənistan arasında tarixi sülh sazişinin əldə edilməsi yaxındır.
12:43 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 22-də Qazaxıstanın Baş naziri Alixan Smailovu qəbul edib. Banker.az xəbər verir ki, Azərbaycanla Qazaxıstan arasında münasibətlərin strateji xarakter daşıdığını deyən dövlətimizin başçısı əlaqələrimizin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğuladı, ikitərəfli münasibətlərin gündəliyinin geniş olduğunu bildirdi. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin ötən il Azərbaycana, özünün isə bu il Qazaxıstana səfəri zamanı əldə edilmiş razılıqların uğurla həyata keçirildiyini və onların icrasının daim diqqətdə saxlanıldığını bildirən Prezident İlham Əliyev bunu əməkdaşlığımızın yüksək səviyyədə olmasının göstəricisi kimi dəyərləndirdi. Dövlətimizin başçısı ölkələrimiz arasında əlaqələrin regional əməkdaşlıq, o cümlədən Xəzər hövzəsində və daha geniş məkanda əməkdaşlıq üçün böyük önəm daşıdığını…
Dövlət satınalmalarının əsas prinsipləri müəyyənləşir. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət satınalmaları haqqında” yeni qanun layihəsində əksini tapıb. Layihəyə əsasən, dövlət satınalmaları aşağıdakı prinsiplər əsasında həyata keçirilir: – maliyyə vəsaitindən səmərəli və qənaətlə istifadə edilməsi; -. satınalmaların şəffaflıq, aşkarlıq və rəqabətlilik əsasında həyata keçirilməsi; -. bu Qanunda nəzərdə tutulan hallar istisna olmaqla, satınalmaların bərabərlik əsasında həyata keçirilməsi. Eyni zamanda layihəyə əsasən, məhkəmənin, nəzarət orqanının və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qanunla müəyyən edilmiş hüquq və vəzifələrinin icrası ilə bağlı məlumatların açıqlanması halları istisna olmaqla, satınalan təşkilat digər…
Hazırda Azərbaycan vətəndaşlarında 13.6 milyon ədəd ödəniş kartı var ki, bunun da 86.6 %-i debet, 13.4%-i kredit kartlarıdır. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında komitə sədri Tahir Mirkişili bildirib. Onun sözlərinə görə, ötən il kartlarla 24.4 milyard manat məbləğində 460 milyon əməliyyat aparılıb. Bunlar isə 5 il əvvələ nisbətən müvafiq olaraq 8 dəfə və 12 dəfə çoxdur.
“Bitcoin”ın dəyəri, “Coindesk” məlumatlarına əsasən, 30 143 dollara çataraq 11% artmışdır. Əsasən aprel 26-dan sonra bu cür bir artım baş vermişdir. Kommersant-a istinadən Banker.az bu haqqda məlumat verir. “CoinMarketCap”ə əsasən, 20-dən çox börsdə “Bitcoin”ın orta qiyməti 10.52% artaraq 29 870 dollar olmuşdur.
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (İHAM), dövlət sərhədini qanunsuz keçməkdə və digər cinayətlərdə təqsirləndirilən iki erməni hərbi qulluqçusu ilə bağlı Ermənistanın Azərbaycana qarşı tədbir tələbini, terrorçuluq məsələsindən dolayı rədd edib. Bu məsələ ilə bağlı Xalqlararası Məhkəmənin sədr müavini Çingiz Əsgərov bildirdi. “Ərəbistan, Avropa Konvensiyasının 2-ci (yaşamaq hüququ) və 3-cü (işgəncələrin qadağan edilməsi) maddələrinə zidd olan rəftarla bağlı iddialarını təsdiq edərək, iki erməni hərbi qulluqçusunun Azərbaycanda müstəqil hüquqlarının pozulduğunu iddia edir. Amma Azərbaycan tərəfi, erməni hərbçilərinin Avropa Konvensiyası tərəfindən qorunan hüquqlarının qorunma altında olduğunu, onların həyat və sağlamlığının təhlükə altında olmadığını sübut edən əsasları İHAM-a təqdim etdi. İHAM, Azərbaycanın mövqeyini əsas…
Sığorta məsələsi ilə bağlı bizim planlarımız var. Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı Mərkəzi Bankın sədri Taleh Kazımov deyib. AMB sədri sığorta şirkətlərinin əhaliyə daşınmaz əmlakını sığortalamasa, cərimələnəcəklərini bildirməsinin qanunsuz olduğunu söyləyib: “Sığorta şirkətlərinə bununla bağlı öz iradımızı və tələblərimizi bildirmişik. Bununla bağlı SMS-lər və zənglər onların səlahiyyətində deyil və onlar bunu dayandırmalıdır”.
İnşaat sektorunda fəaliyyət göstərən “Protean Construction” ASC 2022-ci ili 15.53 mln. manat həcmində xalis mənfəət əldə edib. Bunu Banker.az şirkətin illik audit hesabatına istinad edir. Hesabatda qeyd edilir ki, 2021-ci ili 14.14 mln. manat xalis mənfəətlə bitirmişdi. “Protean Construction” hesabat müddətində 43.47 mln. manat həcmində müqavilə üzrə gəlirlər əldə etmiş, bu illik 60% artımdır. Şirkəti müqavilələr üzrə xərcləri isə 22.03 mln. manat olub. Bu xalis mənfəətdən sonra inşaat şirkətinin balansındakı bölüşdürülməmiş mənfəətin həcmi 24.01 mln. manatdan 31.42 mln. manata yüksəlib. Aktivlərin həcmi 48.3 mln. manat, öhdəliklərin həcmi 16.88 mln. manat və cəmi kapital isə 31.42 mln. manat olub. Xatırlatma! 2017-ci…
Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası başlayıb. Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyinə 33 məsələnin müzakirə daxil edilib. Həmin məsələlər aşağıdakılardır: 1. Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş) 2. İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş) 3. “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) 4. “Banklar haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) 5. Mülki Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş) 6. Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş) 7. İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş)…
S/n Qəbulu keçirən mərkəzi icra hakimiyyəti orqanı və idarəetmə qurumunun rəhbəri Qəbulun keçirildiyi şəhər, rayon Əhatə olunan şəhər və rayonlar Qəbulun keçirildiyi gün Ədliyyə naziri Fikrət Məmmədov Xızı Xızı, Siyəzən, Şabran 06 Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Naxçıvan Naxçıvan, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz, Şərur 07 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Qax Qax, Şəki, Zaqatala, Balakən 07 Elm və təhsil naziri Emin Əmrullayev Lerik Lerik, Lənkəran, Astara 10 Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Qəbələ Qəbələ, Oğuz, İsmayıllı, Ağsu 10 Baş prokuror Kamran Əliyev Naxçıvan Naxçıvan, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz, Şərur 11 Dini…
Xəbərlər
Partnyorlar
- Sonxeber.az
- Report.az
- Metbuat.az
- Apa.az
- Milli.az
- Axar.az
- Oxu.az
Abunə Olun
Sizi ən son xəbərlərdən və yeniliklərdən xəbərdar etmək üçün abunə olmağa dəvət edirik.
- Ən Son Xəbərlər Bond.az-da