Author: admin

Ölkə ərazisində müşahidə olunan əlverişsiz hava şəraiti “Azərbaycan Hava Yolları” QSC-nin Naxçıvan istiqamətində uçuşlarının cədvəlinə təsir etməkdə davam edir. Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidməti bildirib. Qeyd edilib ki, əlverişsiz hava şəraiti ilə əlaqədar Bakıdan Naxçıvana uçuşların həyata keçirilməsi qeyri-müəyyən müddətə təxirə salınıb. AZAL gecikmiş reyslərin sərnişinlərindən aviaşirkətin rəsmi sosial şəbəkə hesablarında və KİV-lərdə son məlumatları izləmələrini və ya əlavə məlumat üçün [email protected] elektron poçt ünvanı vasitəsilə əlaqə saxlamaqlarını xahiş edir. Aviaşirkət Naxçıvanda əlverişsiz hava şəraiti səbəbindən uçuşları təxirə salınan sərnişinlərə bu vəziyyətlə əlaqədar anlayış və səbir nümayiş etdirmələrini tövsiyə edir. Aviaşirkətin qaydalarına əsasən, gecikmiş reyslərin sərnişinləri zəruri vasitələrlə, o…

Ardını Oxu

ABŞ Sahil Mühafizəsi itkin düşən batiskafın ekipajının öldüyünü təsdiqləyib. Tapılan gəmi qalıqları itmiş sualtı “Titan”a məxsusdur – ABŞ Sahil Mühafizəsi bildirib. “Baş direktorumuz Stockton Rush, Paul-Henri Narjolet, Hamish Hardin, Shahzada Davud və oğlu Süleyman vəfat edib”, – bəyanatda deyilir.

Ardını Oxu

Naxçıvan və Şərurda tekstil fabrikləri açılacaq. Bunu Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev deyib. Tikinti sektorundakı durğunluğun səbəbinin bu günə qədər muxtar respublikada aparılan tikinti işlərində qanunvericiliyin tələblərinin pozulması ilə əlaqələndirən nazir yaxın bir ay ərzində həm dövlət sifarişi, həm də özəl tikinti sektorunda işlərin bərpa olunacağını vurğulayıb. T.Əliyev onu da qeyd edib ki, tekstil fabriklərində ümumilikdə, 4 min iş yeri yaradılacaq. Bununla da, işsizlik səbəbindən vaxtilə Naxçıvandan Türkiyəyə köçmək məcburiyyətində qalan və xüsusilə tekstil sahəsində işləyən minlərlə insan öz doğma yurdlarına qaytarılacaq və işlə təmin olunacaqlar. Bununla yanaşı, yaxın günlərdə fəaliyyətə başlayacaq yeni Duz İstehsalı Müəssisəsində 66, Şərur…

Ardını Oxu

Dünən Türkiyə Mərkəzi Bankının faiz qərarı ilə bağlı rəyimi soruşan dəyərli dostlarıma “Türkiyə Mərkəzi Bankı (TCMB) faiz dərəcələrini 15-ə qədər artırıb nəbz yoxlayacaq” deyə fikrimi bildirmişdim. TCMB bu gün faiz dərəcələrini 15%-ə artırdığını elan etdi. Əslində bu heç proqnoz da deyildi. Türkiyə iqtisadiyyatının reallıq və gerçəkliklərini nəzərə alan monetar siyasətin getdiyi və getməli olduğu doğru yolda atılan məntiqli addımlardan biri idi. Faizlərin daha çox deyil, məhz cəmi 15%-ə qədər artırılmasının səbəbləri nədir? 1) Türkiyənin maliyyə sistemini nisbətən dərindən öyrənmiş iqtisadçılar faizlərin birdən-birə 25-30, hətta bəzilərinin qeyd etdiyi 40%-ə qədər artırılmasının nə qədər riskli olduğunu gözəl bilirlər. 2) Hətta 1-ci bənddə…

Ardını Oxu

Bakı Dövlət Universiteti “ADMEDİA.AZ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müqavilə imzalayıb. Banker..az xəbər verir ki, müqavilədə Bakı Dövlət Universiteti tərəfindən 2022/2023-cü tədris ili üzrə “Məzun Günü” tədbirinin təşkili və keçirilməsilə bağlı malların (iş və xidmətlərin) satın alınması nəzərdə tutulub. Müqavilənin ümumi dəyəri isə 186 min 623 manatdır.

Ardını Oxu

ABŞ Konqresinin Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsi ABŞ-ın növbəti maliyyə ili (oktyabrın 1-dən başlayır) üçün 886,3 milyard dollarlıq müdafiə büdcəsi layihəsini qəbul edib. Büdcə layihəsində həmçinin Ukraynaya hərbi yardım və Rusiyanı Avropada dayandırmaq üçün vəsait də nəzərdə tutulub. Komitənin saytında yayımlanan səsvermədə 58 konqresmen təşəbbüsü dəstəkləyib, yalnız 1-i onun əleyhinə çıxıb. Əvvəlcə 858 milyard dolların ayrılması nəzərdə tutulan büdcə layihəsi ilə bağlı 17 saat davam edən müzakirədə layihəyə 800-dən çox dəyişiklik edilib. İndi sənəd tam tərkibli Nümayəndələr Palatası tərəfindən müzakirə olunacaq. İzahat qeydində vurğulandığı kimi, müdafiə büdcəsi layihəsində Ukraynanın ATACMS operativ-taktiki raket sistemləri ilə təchiz edilməsi üçün 80 milyon dollar…

Ardını Oxu

Azərbaycanda çörəyin qiymətində azalma müşahidə olunub. İyunun 22-dən etibarən pərakəndə satış məntəqələrində 650 qramlıq çörək 65 qəpiyə yox, 60 qəpiyə satılır. Qeyd edək ki, qiymətin azalması dünya bazarlarında taxılın ucuzlaşması ilə izah olunur.

Ardını Oxu

Portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldunun bacısı Katya Aveyro qardaşının həyat yolundan yazıb. O, özünün “Instagram” hesabında 38 yaşlı hücumçunun heç vaxt spirtli içki içmədiyini qeyd edib: “Ronaldu qəti qərara gəldi ki, heç kimin kölgəsi olmayacaq. Alkoqol aludəçisi olan atası kimi olmamaq qərarı verdi.  Buna görə də Kriştianu heç vaxt bir damla spirtli içki içməyib. O, dünyanın zirvəsinə qalxmaq istəyirdi. Ronaldu bütün uğursuzluqlara baxmayaraq, qalibdir”. Qeyd edək ki, Ronaldu hazırda Qətərin “Ən-Nəsr” klubunda oynayır. Mənbə: gazeta.ru

Ardını Oxu

Rusiyadan Azərbaycana gətirilən dondurulmuş hind quşu əti istehlaka yararsız çıxıb. Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib. “Lime and Co” MMC Rusiyadan idxal etdiyi “PenzaMolinvest” MMC-nin istehsalı olan 1039,5 kq dondurulmuş hind quşu budu məhsulunda götürülən nümunələrin müayinələri nəticəsində salmonella aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbir görülüb. Həmçinin istehsalçının respublikamıza həmin məhsulu idxalına müvəqqəti qadağa qoyulub və ixracatçı ölkənin aidiyyəti qurumuna müvafiq bildiriş göndərilib.

Ardını Oxu

Azərbaycan Texniki Universitetinin məzun günü mərasimində evlilik təklifi edilib. Bu barədə Azərbaycan Universitetləri səhifəsi paylaşım edib. Bildirilib ki, Fərid Həsənov və Məryəm Muradova 2 il əvvəl bakalavr səviyyəsini bitirib məzun olublar. Bu gün Məryəm Muradova magistratura səviyyəsində məzun olub. Onun Məzun günündə qrup yoldaşı sürpriz evlilik təklifi edib.

Ardını Oxu