- SOCAR-ın “Yaşıl” istiqrazlarına qeydiyyat başladı
- Rəsmi məzənnələr açıqlandı
- ChatGPT şirkət xaosu baş verdi
- Qərar: Antiterror əməliyyatları şəhidlərinin kredit borcları silinir
- Bakıda mağazadan oğurluq edən şəxs nəzarətçini bıçaqlayıb
- KİV: Paşinyan istefa verməyəcəyini bildirib
- BOKT illik 18 faizlə istiqraz buraxdı
- Bitcoin: Maykl Seylorun Heyrətamiz Proqnozu – Ən Yeni Yatırım Fürsətləri
Author: admin
Nazirlər Kabineti “Dövlət ümumi təhsil müəssisələri tərəfindən idxalı gömrük rüsumlarından azad edilən avadanlıq, cihaz, qurğu və təhsil fəaliyyəti məqsədilə digər vasitələrin Siyahısı”nı təsdiqləyib. Banker.az xəbər verir ki, Qərar 2023-cü il 1 yanvar tarixindən tətbiq edilir və 2025-ci il 1 yanvar tarixinədək qüvvədədir. Dövlət ümumi təhsil müəssisələri tərəfindən idxalı gömrük rüsumlarından azad edilən avadanlıq, cihaz, qurğu və təhsil fəaliyyəti məqsədilə digər vasitələrin SİYAHISI Sıra №-siXİF MN koduMal mövqelərinin adı1.2509 00 000 0Təbaşir2.3213 90 000 0Həb, tübik, bankalar, flakonlar, tabaqlar və ya analoji formalarda və ya qablaşmalarda olan, rəssamlar, tələbələr tərəfindən istifadə edilən və ya lövhələrin tərtibatı üçün boyalar, təzələmə üçün…
“Maliyyə blokunun prioriteti qiymət sabitliyidir”. Bunu Türkiyə Mərkəzi Bankının rəhbəri Hafizə Qaye Erkan bankların rəhbərliyi və Türkiyə Banklar Birliyi ilə danışıqlardan sonra deyib. Onun sözlərinə görə, görüş məhsuldar keçib: “Makroprudensial tənzimləmənin sadələşdirilməsi üzrə davam edən prosesin bir hissəsi kimi banklar bizə müraciətlərini bildiriblər. Bütün iqtisadi bölmələrimiz qollarını çırmalayıb inflyasiyanın aşağı salınması istiqamətində çalışırlar. Bu vəzifə hökumət tərəfindən müəyyən edilmişdir. Qiymət sabitliyi ümumi maliyyə sabitliyi üçün çox vacibdir və biz inflyasiya ilə mübarizə aparacağıq”, – Hafizə Qaye Erkan bildirib.
Avropa İttifaqına (Aİ) üzv ölkələrin daimi nümayəndələri ittifaq ölkələrində artilleriya sursatlarının, reaktiv yaylım atəşi sistemləri və hava hücumundan müdafiə sistemləri üçün raketlərin istehsalını ildə 1 milyona qədər artırmaq barədə razılığa gəliblər. Bu barədə İsveçin Aİ Şurasına sədrliyi tviter səhifəsində məlumat yayıb. “Aİ səfirləri sursat istehsalına dəstək aktının tənzimlənməsi (Act in Support of Ammunition, ASAP – Qeyd) ilə bağlı Avropa Parlamenti ilə danışıqlar aparmaq üçün mandatı indicə təsdiqlədilər. Bu, Aİ-nin silah-sursat istehsalı gücünü artırmağa kömək edəcək. Nəticədə Aİ müdafiə sənayesi Ukrayna Silahlı Qüvvələrinə və üzv dövlətlərə daha yaxşı dəstək vermək imkanı əldə edəcək”, – məlumatda deyilir.
Avropa İttifaqı İranın 4 qurumuna sanksiya tətbiq edib. Avropa İttifaqı bu gün Rusiyaya qarşı 11-ci sanksiya paketini təsdiqləyib ki, bura bir sıra KİV-lərə bir sıra yeni məhdudiyyətlər və ölkədən malların ixracına qadağa da daxildir. Sanksiya paketinə görə, Rusiyaya pilotsuz təyyarələr göndərdiyi üçün İranın 4 qurumu da sanskiyaya məruz qalıb.
2023-cü ilin yanvar-may aylarında ticarət dövriyyəsinin həcmi 2022-ci ilin yanvar-may ayları ilə müqayisədə 4.2 faiz artaraq 12 milyard 10 milyon manat olub. Banker.az rəsmi statistik göstəricilərə istinadaən xəbər verir ki, Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10.7 faiz artaraq 6 milyard 566.4 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 2.2 faiz azalaraq 5 milyard 443.9 milyon manata bərabər olub. İstehlak məhsullarının 37 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 40.4 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 22.6 faizi isə paytaxtın məhsul bazarlarında satılmışdır.
2023-cü ilin yanvar-may aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 81.2 faizini tikinti, yenidənqurma və genişləndirmə, 5.8 faizini əsaslı təmir, 8.1 faizini cari təmir, 4.9 faizini isə sair tikinti işləri təşkil edib. Banker.az bu barədə Bakı Şəhər Statistika idarəsinin açıqladığı rəsmi göstəricilərə istinadən xəbər verir. Belə ki, ümumi inşaat işlərinin 90.9 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetirmişlər.
Nisyə mal alqı-satqısı ilə məşğul olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər (təqvim ili ərzində nisyə satılmış malların dövriyyəsi 100 min manatdan çox olduqda) kredit tarixçələrini təşkil edən məlumatı fəaliyyətdə olan ən azı bir kredit bürosuna təqdim etməlidirlər. Banker.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin iyunun 23-də keçirilən iclasında müzakirəyə çıxarılan “Kredit büroları haqqında” Qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Dəyişikliyə əsasən, nisyə mal alqı-satqısı ilə məşğul olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər (təqvim ili ərzində nisyə satılmış malların dövriyyəsi 100 min manatdan…
19 iyul 2023-cü il saat 10:00-da “Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanı”nda ləğv prosesində olan ”Dəmirbank” ASC-nin balansındakı daşınar əmlak təkrar açıq hərraca çıxarılacaq. Banker.az xəbər verir ki, Daşınar əmlak 10-AH-773 dövlət qeydiyyat nişanlı, “BMW 760 LI” minik markalı nəqliyyat vasitəsidir. S/N Balanssaxlayıcı təşkilatın adı Əlaqəli şəxs Nəqliyyat vasitəsinin markası Buraxılış ili Start qiyməti […]
İsrailin Baş naziri Benyamin Netanyahu gələn ay Türkiyəyə səfər edəcək. Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb. Bildirilir ki, o, Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Görüş zamanı ikitərəfli əlaqələri yaxşılaşdırmaq istiqamətində bəzi addımlar atılacaq. Liderlərin regional məsələlər və Ukrayna müharibəsini də müzakirə edəcəyi qeyd olunur.
ABŞ Maliyyə Nazirliyi Rusiyaya yeni sanksiyalar tətbiq edib. Sanksiyalar siyahısına daha 2 fiziki şəxs əlavə edilib.
Xəbərlər
Partnyorlar
- Sonxeber.az
- Report.az
- Metbuat.az
- Apa.az
- Milli.az
- Axar.az
- Oxu.az
Abunə Olun
Sizi ən son xəbərlərdən və yeniliklərdən xəbərdar etmək üçün abunə olmağa dəvət edirik.
- Ən Son Xəbərlər Bond.az-da