- SOCAR-ın “Yaşıl” istiqrazlarına qeydiyyat başladı
- Rəsmi məzənnələr açıqlandı
- ChatGPT şirkət xaosu baş verdi
- Qərar: Antiterror əməliyyatları şəhidlərinin kredit borcları silinir
- Bakıda mağazadan oğurluq edən şəxs nəzarətçini bıçaqlayıb
- KİV: Paşinyan istefa verməyəcəyini bildirib
- BOKT illik 18 faizlə istiqraz buraxdı
- Bitcoin: Maykl Seylorun Heyrətamiz Proqnozu – Ən Yeni Yatırım Fürsətləri
Author: Sərxan Miriyev
Futbol üzrə İspaniya çempionatının 34-cü turunun matçında “Barselona” “Espanyol”la qarşılaşıb. Kornella El Prat stadionunda keçirilən oyun Barsanın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. Qaliblərin komandasından Robert Levandovski (11-ci və 40-cı), Aleks Balde (20-ci) və Jül Kunde (53-cü) qol vurub. “Barselona” bu qələbə sayəsində 85 xal toplayıb və rəqibləri üçün əlçatmaz olub. Kataloniya klubu vaxtından əvvəl İspaniya çempionu olub. “Espanyol”un aktivində 31 bir xalı var və 19-cu yerdədir. Bu, “Barselona”nın tarixində 27-ci liqa tituludur. Yalnız “Real Madrid”in daha çox – 35 titulu var. Mənbə: APA.az
Azərbaycanda iki sığorta şirkətinin “Yaşıl Kart” lisenziyası ləğv edilib. Bu barədə İcbari Sığorta Bürosundan bildirilib. Belə ki, daha öncə könüllü qayda avtomobillərin icbari sığortası üzrə (NVMMİS) fəaliyyət göstərməkdən imtina edən “AzSığorta” və “İpək Yolu Sığorta” şirkətlərinin indi də Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ ləğv edilib. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən Bununla da “Yaşıl Kart” üzrə fəaliyyət göstərən sığorta şirkətlərinin sayı 14-dən 12-yə enib. Bunlar “Atasığorta”, “Atəşgah”, “A-Qroup Sığorta”, “Azərbaycan Sənaye Sığorta”, “Azərsığorta”, “Bakı Sığorta”, “Günay Sığorta”, “Meqa Sığorta”, “Naxçıvansığorta”, “PAŞA Sığorta”, “Qala Sığorta” və “Xalq Sığorta” şirkətləridir. Mənbə: APA
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 15-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib. Dövlətimizin başçısı Türkiyədə keçirilən prezident və parlament seçkilərində səs çoxluğu qazanması münasibətilə Prezident Ərdoğanı və Cümhur İttifaqını təbrik edib. Prezident İlham Əliyev qeyd edib ki, Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında Türkiyə Respublikası böyük inkişaf yolu keçib və bunun təzahürü olaraq qardaş Türk xalqı öz liderinə bu seçkilərdə də etimad göstərib. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan göstərilən diqqətə və təbrikə görə dövlətimizin başçısına minnətdarlığını bildirib. Telefon söhbəti zamanı dövlət başçıları iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin daimi və sarsılmaz olduğunu bir daha qeyd…
Türkiyədə keçirilən prezident seçkilərində səsvermə bülletenlərinin 98,06 faizi sayılıb, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 49,34 faiz səslə öndədir. Bond.az xəbər verir ki, ikinci yerdə 45 faiz səslə “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu gəlir. Üçüncü yerdə Sinan Oğan qərarlaşıb (5,24 faiz). Ümumilikdə seçici fəallığı 88 faiz təşkil edir.
“Dolların dünya valyutası statusunu itirə biləcəyi, avronun isə xüsusi likvid olmadığı bir vəziyyətdə, yəqin ki, diqqəti daşınmaz əmlaka və qızıla yönəltməyə dəyər. Kiçik şəhərlərdə və kəndlərdə deyil, hansısa paytaxtlarda yaxşı likvid daşınmaz əmlak almaq lazımdır”. Bu sözləri rusiyalı maliyyə şərhçisi Sergey Drozdov dolların taleyi ilə bağlı fikirlərini bölüşərkən deyib. S.Drozdov fikrini aşağıdakı kimi əsaslandırıb: “Təsəvvür edək ki, müəyyən müddət ərzində dünyanın ehtiyat valyutaları yoxdur. Sizin isə yaxşı mülkünüz var. Heç şübhəsiz, onun qiyməti nə olursa olsun, istənilən valyutada – tuqrikdə, kronda, lirədə azalacaq. Amma zaman keçdikcə, dünyada sistem stabilləşdikcə daşınmaz əmlakın da dəyəri artacaq və uzunmüddətli perspektivdə insanlar investisiyalarını itirməyəcəklər”. Mütəxəssis deyir ki,…
Mərkəzi Bank tərəfindən maliyyə bazarlarında kibertəhlükəsizlik strategiyası qəbul edilib. Bankdan verilən məlumata görə, müasir dünyada rəqəmsallaşma istiqamətində baş verən yeniliklər fonunda ölkəmizin maliyyə bazarlarında həyata keçirilən intensiv rəqəmsallaşma tədbirləri məsafədən təqdim edilən maliyyə xidmətlərinin çeşidinin və əlçatanlığının artırılması ilə yanaşı maliyyə institutlarında informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə müvafiq risklər formalaşdırmaqdadır. Bu baxımdan ölkədə maliyyə sabitliyinin təmin edilməsi məqsədilə maliyyə bazarlarında kiber dayanıqlığın yüksəldilməsi və informasiya təhlükəsizliyinin gücləndirilməsi, o cümlədən kiber təhdid və risklərə qarşı adekvat nəzarət mexanizmlərinin tətbiqi və risk əsaslı tənzimləmə çərçivəsinin formalaşdırılması və digər bu istiqamətdə məsələlər Mərkəzi Bankın daim diqqət mərkəzindədir. Məlum olduğu kimi Azərbaycan Respublikasında fəaliyyət…
ABŞ-nin Nyu-York şəhərində Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı (BMT) yanında Daimi Nümayəndəliyində ümummilli lider Heydər Əliyevin büstü açılıb. BMT Baş Assambleyasının sədri Şaba Körösi Azərbaycan xalqını ümummilli lider Heydər Əliyevin anadan olmasının yüzilliyi münasibətilə təbrik edib. “Azərbaycan xalqını ümummilli lideri Heydər Əliyevin yüzillik yubileyi münasibətilə təbrik edirəm. Bu əlamətdar hadisə münasibətilə Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı (BMT) yanında Daimi Nümayəndəliyində Heydər Əliyevin büstünün açılış mərasimində iştirak etməkdən məmnun oldum”, – deyə BMT Baş Assambleyasının sədri “Twitter” hesabındakı paylaşıma qeyd edib.
Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini atəşə tutması vəziyyəti növbəti dəfə vəziyyəti məqsədli şəkildə gərginləşdirmək məqsədi daşıyır. “Report” xəbər verir ki, qarşı tərəfdən açılan atəş nəticəsində Azərbaycan hərbçisinin yaralanması Ermənistanın snayperlərdən istifadə etməsini, əraziyə snayperlərin cəlb olunmasını və deməli, təxribatın məqsədli şəkildə törədildiyini bir daha sübut edir. Əslində rəsmi İrəvanın növbəti dəfə vəziyyəti gərginləşdirməsində məqsəd Azərbaycanı hər hansı addımlara məcbur etmək, son nəticədə vəziyyəti gərginləşdirməkdə və ya guya təcavüzdə ittiham etməkdir. Ermənistan hakimiyyəti artıq neçənci dəfədir ki, bu uğursuz üsula əl atır. Regionda yeni hərbi qarşıdurmaya çalışan Ermənistanın dərhal zərbə dronlarından istifadə etməsi əvvəlcədən…
Mayın 11-dən 12-nə keçən gecə Azərbaycan-Ermənistan şərti sərhədinin Basarkeçər rayonunun Zod yaşayış məntəqəsi istiqamətində nisbi sakitlik hökm sürüb. Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Ötən sutka ərzində Ermənistan silahlı qüvvələri tərəfindən digər istiqamətlərdə yerləşən mövqelərimiz ümumilikdə 17 dəfə atəşə tutulub. Ermənistan silahlı qüvvələrinin Tovuzqala rayonunun Güləli, Basarkeçər rayonunun Əzizli və Qarakilsə rayonunun Saybalı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Qoşa, Kəlbəcər rayonunun Yellicə və Laçın rayonunun Minkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqeləri minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan fasilələrlə 8 dəfə atəşə tutulub. Bundan başqa, Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri…
ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası (SEC) fırıldaqçı investisiya platformalarına qarşı fəaliyyətində GA İnvestorları və bir neçə başqa adı açıqlanmayan platformaları ittiham etdi. Bu fırıldaq platformaları onlarla internet saytı vasitəsilə qiymətli kağızlar, o cümlədən kriptovalyuta mayninqi təklif edirdi. Cümə axşamı elan edilən SEC-in əmri müttəhimlərdən veb saytları dərhal ləğv etməyi tələb etdi. Bu saytlar təkcə ABŞ-da deyil, bütün dünyada qurbanları hədəf alırdı. ABŞ-ın qiymətli kağızlara nəzarət orqanı GA İnvestorları və başqalarını fırıldaqçılıqda ittiham edib və müvəqqəti məhdudlaşdırma, aktivlərin dondurulması və digər təcili yardım üçün məhkəmə qərarı tələb edir. Tənzimləyici həmçinin qurbanların vəsaitlərini bərpa etmək üçün hərəkət edir və platformalara mülki…
Xəbərlər
Partnyorlar
- Sonxeber.az
- Report.az
- Metbuat.az
- Apa.az
- Milli.az
- Axar.az
- Oxu.az
Abunə Olun
Sizi ən son xəbərlərdən və yeniliklərdən xəbərdar etmək üçün abunə olmağa dəvət edirik.
- Ən Son Xəbərlər Bond.az-da