Author: Sərxan Miriyev

“Azərbaycanla Ermənistan arasında çox vacib sülh məsələsi ABŞ Dövlət Departamentinin bundan sonra da dərindən məşğul olacağı məsələdir”. “Bond” xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel deyib. “İnanırıq ki, irəliyə doğru aydın bir yol var. Biz təbii ki, mayın əvvəlində iki ölkənin rəsmilərini qəbul etməkdən məmnun idik. İnanırıq ki, danışıqlar səmərəli olub, Brüsseldə başlayan danışıqların davamı üçün zəmin yaradıb və bu prosesin inkişafına şərait yaradacaq”, – ABŞ Dövlət Departamentinin rəsmisi vurğulayıb. Vedant Patel qeyd edib ki, toqquşmalar davamlı və ləyaqətli sülhə doğru əldə edilən tərəqqiyə xələl gətirir. Mənbə: Report.az

Ardını Oxu

“Twitter”in sahibi İlon Mask altı həftə ərzində sosial şəbəkənin baş direktoru vəzifəsini tərk edəcəyini bildirib. O, bu barədə öz səhifəsində yazıb. “Twitter”in yeni baş direktoru olduğunu elan etməkdən məmnunam. Xanım 6 həftədən sonra işə başlayacaq. Mənim şirkətdəki rolum isə icraçı sədr və texniki direktor, məhsul, proqram təminatı və sistem nəzarəti olacaq”, – iş adamı qeyd edib.

Ardını Oxu

“Avroviziya”da ikinci yarımfinaldan finala keçid edən ölkələr bəlli olub. Liverpulda baş tutan müsabiqənin nəticələri açıqlanıb. Albaniya, Kipr, Estoniya, Belçika, Avstriya, Estoniya, Polşa, Avstraliya, Litva, Ermənistan və Sloveniya finala vəsiqə qazanıblar. Qeyd edək ki, daha öncə Xorvatiya, Moldova, İsveçrə, Finlandiya, Çexiya, İsrail, Portuqaliya, İsveç, Serbiya və Norveç təmsilçiləri finala keçiblər. Mənbə: Oxu.az

Ardını Oxu

UEFA Avropa Liqasının yarımfinal mərhələsinin ilk oyununda İtaliyanın “Yuventus” komandası İspaniya təmsilçisi “Sevilya” ilə 90+7 də vurduğu qolla 1-1 bərabərə qalıb. Digər yarımfinal oyununda isə “Roma” “Bayer Leverkuzen”i 1:0 hesabı ilə məğlub edib. UEFA Avropa Liqasının yarımfinal mərhələsinin ilk oyununda İtaliyanın “Yuventus” komandası “Allianz” stadionunda İspaniya təmsilçisi “Sevilya”nı qəbul edib. “Sevilya” matçın 26-cı dəqiqəsində Yussef En Nesyri ilə 1:0 önə keçib. İlk hissə bu hesabla başa çatıb. Juventus, 90+7-ci dəqiqədə vurduğu qolla ikinci matça ümid edir. Gecənin digər matçında isə “Roma” “Bayer”i 1:0 hesabı ilə məğlub edib.

Ardını Oxu

“Standard & Poor’s” beynəlxalq reytinq agentliyi Azərbaycan banklarının kapitalının və aktivlərinin gəlirliliyi üzrə proqnozunu açıqlayıb. Reytinq agentliyinə istinadən xəbər verilir ki, Azərbaycan bankların xalis mənfəətinin balans kapitalına nisbəti (ROE) 2023 və 2024-cü illər üzrə 15% proqnozlaşdırılıb. 2022-ci ildə isə bu rəqəm 16,2% təşkil edib. “S&P Global Ratings” bankların aktivlərinin gəlirliliyinin (RoAA) 2022-ci ildəki 1,9%-dən 2023 və 2024-cü illərdə 1,8%-ə enəcəyini müəyyən edib. “Standard & Poor’s” Azərbaycanda problemli kreditlərlə bağlı proqnozunu açıqlayıb “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanda bank sektoru üzrə problemli kreditlərlə bağlı proqnozunu açıqlayıb. Agentlik 2025-ci ilə kimi Azərbaycanda problemli kreditlərin nisbətən artacağını proqnozlaşdırıb. Belə ki, 2022-ci il…

Ardını Oxu

Son zamanlar Bayıl ərazisindən Əhmədli istiqamətinə Xəzər dənizi üzərindən körpü salınacağı barədə məlumatlar yayılır. Bununla tıxacların qarşısının alınacağı qeyd edilir. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov mediaya açıqlamasında körpü ilə bağlı konkret qərarın olmadığını bildirib. Bəs Bayıl ərazisindən Əhmədli istiqamətinə Xəzər dənizi üzərindən körpü salınarsa, hansı dəyişikliklər ola bilər? O, tıxacın qarşısını ala bilərmi? Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev bildirib ki, nəqliyyatın intensivliyini, sıxlığını aradan qaldırmaq üçün bir çox təkliflər irəli sürülür: “Bundan biri də Bayıl ərazisindən Əhmədli istiqamətinə Xəzər dənizi üzərindən körpü salınmasıdır. Körpü salınarsa, bu, milyardlar hesabına başa gələcək. Onun işlək olub-olmaması isə sual altındadır. Həmin…

Ardını Oxu

Türkiyədə prezidentliyə namizədlərdən biri – Məmləkət Partiyasının sədri Muharrem İnce dövlət başçısı postu uğrunda mübarizədən geri çəkilib. Bu barədə o, açıqlamasında bildirib. Türkiyədə mayın 14-də keçiriləcək seçkidə dövlət başçısı postu uğrunda üç namizəd mübarizə aparacaq: hakim Ədalət və İnkişaf Partiyasının lideri, hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan, Cümhuriyyət Xalq Partiyasının sədri Kemal Kılıçdaroğlu və Ata İttifaqından namizəd Sinan Oğan. Mənbə: Haber Global

Ardını Oxu

ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının kripto platformanı qeydiyyatdan keçməmiş qiymətli kağızlar mübadiləsini idarə etməkdə ittiham etməsindən bir aydan az bir müddət sonra Bittrex US Delaver ştatında federal məhkəməyə müflis olmaq üçün müraciət edib. Bazar ertəsi kriptovalyuta birjası Bittrex Global-ın iflas üçün müraciət etdi və şirkət rəsmi mətbuat şərhində müflis olduğunu elan etdi. Kriptovalyuta birjası qeyd etdi ki, iflas ərizəsi ABŞ-dan kənarda müştərilərə xidmət göstərən Bittrex Global-a təsir etməyəcək. Birja ABŞ-dan kənarda müştərilər üçün “normal olaraq” əməliyyatlarını davam etdirəcək. Aprelin əvvəlində Bittrex qeyri-müəyyən tənzimləmə mühitinə görə ABŞ əməliyyatlarını bağladığını elan etdi və müştərilərdən aktivlərini geri çəkmələrini istədi.

Ardını Oxu

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə start verilib. Turnirin son qalibi olan İspaniya “Real”ı (Madrid) finala gedən yolda İngiltərənin “Mançester Siti” komandasını qəbul edib. Matçda qalib müəyyənləşməyib – 1:1. Hesabı 36-cı dəqiqədə Vinisius Junior açıb, 67-ci dəqiqədə isə Kevin De Bruyne “şəhərlilər”in bərabərlik qolunu vurub. Cavab oyunu mayın 17-də Mançesterdə keçiriləcək.

Ardını Oxu

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə paytaxtda keçirilən kütləvi mədəni tədbirləri nəzərə alaraq, bu gecə Bakı metropoliteninin iş vaxtı bir saat uzadılacaq. Bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb. Mayın 11-nə keçən gecə saat 01:00-a qədər metropolitenin bütün stansiyaları sərnişinlərin girişinə açıq olacaq. Gücləndirilmiş iş rejiminin və keçiriləcək tədbirlərin xüsusiyyətlərinə uyğun olaraq, ehtiyat qatarların xəttə buraxılması qaydası diqqətdə saxlanılacaq. Zərurət yaranacağı təqdirdə qatarlar xəttə veriləcək. Axşam saatlarından başlayaraq şəhər mərkəzi və kütləvi tədbirlərin keçiriləcəyi məkanlara yaxın stansiyalarda növbətçilik cədvəli əsasında əlavə işçi qüvvəsi cəlb ediləcək. Mənbə: Oxu.az

Ardını Oxu