Fitch Ratings Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) uzunmüddətli emitent defolt reytinqini AA- səviyyəsində təsdiqləyib. Proqnoz stabildir.
Reytinq aşağı konsolidasiya edilmiş dövlət borcu, güclü xarici aktiv mövqeyi və yüksək adambaşına düşən ÜDM-i əks etdirir.
Fitch Hormuz boğazının 2026-cı il iyulundan tədricən açılacağını gözləyir. Neftin qiyməti barel üçün 87 dollar olacaq.
2026-cı ildə real ÜDM-in 4.8% azalacağı proqnozlaşdırılır. Dubayın ÜDM-i isə 7% yaxın düşəcək.
Büdcə profisiti 2026-cı ildə ÜDM-in 4.5%-i səviyyəsində qalacaq. Dövlət borcu ÜDM-in 27%-nə yüksələcək.
Mərkəzi Bankın valyuta ehtiyatları 9% azalaraq 277 milyard dollara düşüb.
Abu Dabi xarici aktivləri BƏƏ ÜDM-in 164%-ni təşkil edir.












