Bond.az White LogoBond.az Black Logo

SEPAH-dan İrana hücum təhdidi: döyüşlər genişlənəcək

SEPAH ABŞ və İsrailin İrana hücum edəcəyi təqdirdə münaqişənin Yaxın Şərqi aşacağını bildirib.

Səbinə Rəhimova
Müəllif:Səbinə Rəhimova- Senior Editor
|
0

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ və İsrailin İrana təkrar hücum edəcəyi təqdirdə döyüşlərin Yaxın Şərqi aşacağını bildirib.

SEPAH-ın iddiasına görə, əvvəlki toqquşmalarda İran bütün gücündən istifadə etməyib.

ABŞ lideri Donald Tramp isə Qətər, Səudiyyə Ərəbistanı və BƏƏ-nin xahişi ilə mayın 19-da planlaşdırılan hücumdan imtina etdiyini açıqlayıb.

İran XİN rəsmisi İsmayıl Bəqai Tehranın istənilən ssenariyə hazır olduğunu və qarşı tərəfə yeni sürprizlər edəcəyini bildirib.

Fevralın 28-də İsrailin müdafiə naziri İsrail Kats İrana qabaqlayıcı zərbə endirildiyini, Tramp isə ABŞ-ın da əməliyyatda iştirak etdiyini təsdiqləyib.

İran cavab olaraq İsrailə onlarla ballistik raket atıb, İsrail hava hücumundan müdafiə sistemlərini işə salıb.

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlarda öldürüldüyü bəyan olunub.

İran ABŞ-ın hərbi bazalarının yerləşdiyi qonşu ölkələrə raket zərbələri endirib, hava məkanı müvəqqəti bağlanıb və Hörmüz boğazında gəmi keçidində problemlər yaranıb.

Aprelin 8-də Donald Tramp Tehranla ikihəftəlik atəşkəs razılaşdığını elan edib. Daha sonra İslamabadda tərəflərin ilk görüşü keçirilib, aprelin 22-yə planlaşdırılmış ikinci görüş isə baş tutmayıb.

Digər Xəbərlər
Bu gün / 15:46
|
741

Ermənistanda seçki saxtakarlığı: Rüşvət saxlanılmaları

Ermənistanda seçki saxtakarlığı: Rusiyalı milyarderin partiya üzvləri rüşvətə görə saxlanıldı.

0
Bu gün / 15:17
|
978

Kadir İnanır intubasiya edildi

Türkiyəli aktyor Kadir İnanırın səhhəti pisləşib, o intubasiya edilib. Həyat yoldaşı Jülide Kural açıqlama verib.

0
Bu gün / 14:31
|
630

Hatayda xərac və fahişəlik şəbəkəsi çökdürüldü

Türkiyənin Hatay vilayətində mağaza sahiblərindən xərac yığan, qadınları fahişəliyə məcbur edən şəbəkə çökdürüldü. 39 nəfər saxlanıldı, 28-i həbs edildi.

0
Bu gün / 13:46
|
306

İlon Mask ilk trilyoner ola bilər

İlon Mask dünyanın ilk trilyoneri olmağa hazırlaşır. SpaceX IPO-su onu trilyoner statusuna yaxınlaşdıracaq.

0
Bu gün / 13:33
|
868

ABŞ-də UNO sənədləri açıqlandı

ABŞ-də UNO-larla bağlı məxfi sənədlər açıqlandı. 300 səhifəlik hesabatda ulduz formalı obyekt və 13 qırıcının müdaxiləsi yer alır.

0
Bu gün / 13:06
|
590

Neft ehtiyatları rekord sürətlə azalır

Qlobal neft ehtiyatları rekord sürətlə azalır. Goldman Sachs təhlilləri, Yaxın Şərq müharibəsinin təsiri və enerji böhranı riski haqda məlumat.

0
Bu gün / 12:48
|
738

UVB-76 stansiyası müəmmalı sözlər yayımladı

UVB-76 radiostansiyası müəmmalı sözlər yayımladı. Stansiyanın məqsədi və yeri hələ də qeyri-müəyyəndir.

0
Bu gün / 12:33
|
778

Türkiyə "Sumud" fəallarını təxliyə edir

Türkiyə İsraildə saxlanılan Sumud flotiliyası fəallarını təxliyə edir. Üç xüsusi uçuşla 400-dən çox sərnişin İstanbula daşınacaq.

0
Bu gün / 12:18
|
450

Xameneidən uran qərarı: sərt mövqe

İranın ali lideri Müctəba Xamenei silah dərəcəli uranın ölkədən çıxarılmasını qadağan etdi. ABŞ danışıqlarında sərt mövqe.

0
Bu gün / 11:46
|
924

Nyu-York su altında qaldı

Nyu-Yorkda intensiv yağışlar daşqına səbəb oldu. Video.

0
Bu gün / 11:30
|
239

Paşinyanın Aİİ tədbirinə qatılmamasına Moskva reaksiyası

Rusiya XİN rəsmisi Mariya Zaxarova Paşinyanın Aİİ tədbirinə qatılmamasına münasibət bildirib.

0
Bu gün / 11:18
|
890

İranda 4.6 bal gücündə zəlzələ

İranın Hormozqan əyalətində 4.6 bal gücündə zəlzələ baş verib. Təkanlar 20 km dərinlikdə qeydə alınıb.

0
...