İranın ali dini lideri Müctəba Xamenei silah dərəcəli zənginləşdirilmiş uranın ölkədən çıxarılmasını qadağan edib.
Reuters-in iki yüksəkvəzifəli İran mənbəyinə istinadən verdiyi xəbərə görə, Xamenei 60%-ə qədər zənginləşdirilmiş uran ehtiyatlarının İran hakimiyyətinin nəzarətində qalmasını əmr edib.
Bu addım Tehranın ABŞ ilə müharibəyə son qoyulması danışıqlarında mövqeyinin sərtləşməsi kimi qiymətləndirilir.
Mənbələr bildirib ki, ABŞ Prezidenti Donald Trampın müharibəyə son qoyulması üçün bütün zənginləşdirilmiş uranın İrandan çıxarılması tələbi ilə tanışdırlar. Tehran bu şərtin yerinə yetirilməsinin İranı ABŞ və İsrailin hücumlarına qarşı həssas edəcəyini düşünür.












