Azərbaycanda bank müştərilərinin sayı 2023-ci ilin may ayına 13 mln 832 min 763 nəfər təşkil edib.
Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
2022-ci ilin eyni dövründə isə bank müştərilərinin sayı 13 milyon 140 min 530 nəfər olub ki, bu da illik müqayisədə bank müştərilərinin 69 min (5.3%) nəfər artması deməkdir.
Bu ilin aprel ayında bank müştərilərinin sayı 13 milyon 772 min 644 nəfər təşkil edib. Belə ki, artım aylıq müqayisədə 60 119 (0.43%) nəfər olub.
Bank müştərilərindən 13 milyon 690 min 176 nəfəri fiziki şəxslər, 142 min 587 nəfəri isə hüquqi şəxslər olub.