Portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldunun bacısı Katya Aveyro qardaşının həyat yolundan yazıb.
O, özünün “Instagram” hesabında 38 yaşlı hücumçunun heç vaxt spirtli içki içmədiyini qeyd edib:
“Ronaldu qəti qərara gəldi ki, heç kimin kölgəsi olmayacaq. Alkoqol aludəçisi olan atası kimi olmamaq qərarı verdi. Buna görə də Kriştianu heç vaxt bir damla spirtli içki içməyib. O, dünyanın zirvəsinə qalxmaq istəyirdi. Ronaldu bütün uğursuzluqlara baxmayaraq, qalibdir”.
Qeyd edək ki, Ronaldu hazırda Qətərin “Ən-Nəsr” klubunda oynayır.
Mənbə: gazeta.ru