Litvanın “Tech Zity” şirkəti Vilnüsdə 100 milyon avro dəyərində Avropanın ən böyük texnoloji kampusunu tikməyi planlaşdırır, Banker.az bu barədə Forbes-ə istinadən xəbər verir.
İT kampusunun tikilməsi Nauyamiestis rayonunda, köhnə geyim fabrikinin yerində planlaşdırılır. Onun sahəsinin 55 000 kv.m olacağı bildirilir. Vilnüsdəki kampusda 5000 işçi üçün ofis sahəsi, görüşlər və tədbirlər üçün auditoriyalar olacaq. Həmçinin kampusda 70-80 koliving loftun yerləşdirilməsi planlaşdırılır ki, burada mənzil, bar, restoran, gözəllik salonları və digər müəssisələrin icarəsi mümkün olacaq. İT kampusu gecə-gündüz işləyəcək.
Birinci mərhələdə torpaq və tikililərin alınması, eləcə də yenidənqurma işlərinin təməlinin qoyulması nəzərdə tutulur. Nəşr yazır ki, ikinci mərhələdə “Tech Zity” müxtəlif mənbələrdən, o cümlədən banklardan və özəl investorlardan 70 milyon avro almağı gözləyir.