İsrailin Baş naziri Benyamin Netanyahu gələn ay Türkiyəyə səfər edəcək.
Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Bildirilir ki, o, Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
Görüş zamanı ikitərəfli əlaqələri yaxşılaşdırmaq istiqamətində bəzi addımlar atılacaq. Liderlərin regional məsələlər və Ukrayna müharibəsini də müzakirə edəcəyi qeyd olunur.