Azərbaycanda taksi xidməti, sərnişindaşıma və yükdaşıma ilə bağlı yeni təlimatlar təyin ediləcək.
Milli Məclisə olan məlumatlara əsasən, bu məqsədlə “Avtomobil nəqliyyatı haqqında”, “Yol hərəkəti haqqında” və “Dövlət rüsumu haqqında” qanunlarına və Vergi Məcəlləsinə dəyişikliklər təklif edilməsi planlaşdırılır.
Dəyişiklik təklifləri parlamentin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin iyunun 12-də keçiriləcək iclasında müzakirə olunacaq.
Bu qanun və Məcəllə dəyişiklikləri ilə taksi xidməti, sərnişindaşıma və yükdaşıma ilə bağlı yeni təlimatlar müəyyən ediləcəkdir.