“Maliyyə blokunun prioriteti qiymət sabitliyidir”.
Bunu Türkiyə Mərkəzi Bankının rəhbəri Hafizə Qaye Erkan bankların rəhbərliyi və Türkiyə Banklar Birliyi ilə danışıqlardan sonra deyib.
Onun sözlərinə görə, görüş məhsuldar keçib:
“Makroprudensial tənzimləmənin sadələşdirilməsi üzrə davam edən prosesin bir hissəsi kimi banklar bizə müraciətlərini bildiriblər. Bütün iqtisadi bölmələrimiz qollarını çırmalayıb inflyasiyanın aşağı salınması istiqamətində çalışırlar. Bu vəzifə hökumət tərəfindən müəyyən edilmişdir. Qiymət sabitliyi ümumi maliyyə sabitliyi üçün çox vacibdir və biz inflyasiya ilə mübarizə aparacağıq”, – Hafizə Qaye Erkan bildirib.