UEFA Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının final oyunları üçün atanan hakimlər açıqlandı.
10 iyun, şənbə günü Atatürk Olimpiya Stadionunda “Mançester Siti” ilə “İnter” arasında keçiriləcək UEFA Çempionlar Liqasının final matçında polşa hakimi Şimon Marçiniak rəhbərlik edəcək. Onun köməkçiləri Pavel Sokolniçki və Tomaş Listkeviç olacaq, 4-cü hakim isə rumıniyalı İştvan Kovaç seçilib.
Macarıstanın paytaxtı Budapeştdəki Ferenç Puşkaş Stadionunda mayın 31-də “Sevilya” və “Roma” komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının final matçını ingilis hakimi Entoni Teylor idarə edəcək. Qari Besvik və Adam Nann Teylor onun köməkçiləri olacaqlar. 4-cü hakim isə Maykl Oliver olacaq.
7 iyun, Çexiyanın paytaxtı Praqadakı Eden Arenada “Fiorentina” və “Vest Hem Yunayted” komandaları arasında keçiriləcək UEFA Avropa Konfransı Liqasının final oyunu üçün ispaniyalı hakim Karlos del Qerro Qrande seçilib. Qrandenin köməkçiləri Pau Sebrian Devis və Quadalupe Porras Ayuso olacaq, 4-cü hakim isə ispaniyalı Xesus Gil Manzano olacaq.