UEFA Avropa Liqasının yarımfinal mərhələsinin ilk oyununda İtaliyanın “Yuventus” komandası İspaniya təmsilçisi “Sevilya” ilə 90+7 də vurduğu qolla 1-1 bərabərə qalıb. Digər yarımfinal oyununda isə “Roma” “Bayer Leverkuzen”i 1:0 hesabı ilə məğlub edib.
UEFA Avropa Liqasının yarımfinal mərhələsinin ilk oyununda İtaliyanın “Yuventus” komandası “Allianz” stadionunda İspaniya təmsilçisi “Sevilya”nı qəbul edib. “Sevilya” matçın 26-cı dəqiqəsində Yussef En Nesyri ilə 1:0 önə keçib. İlk hissə bu hesabla başa çatıb. Juventus, 90+7-ci dəqiqədə vurduğu qolla ikinci matça ümid edir. Gecənin digər matçında isə “Roma” “Bayer”i 1:0 hesabı ilə məğlub edib.