Bankolmayan kredit təşkilatlarına (BOKT) kredit kartlarının çıxarılması hüququnun verilməsi mövzusunda təklif edilir.
Bu təklif, Milli Məclis-in bugünkü plenar iclasında müzakirə olunan maliyyə sektoruna aid qanun layihəsi çərçivəsində İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin sədri Tahir Mirkişili tərəfindən açıqlanıb.
O, deyib ki, hazırlanan qanun layihələri ölkə prezidentinin 28 noyabr 2019 tarixli “Maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında” Sərəncamına uyğun şəkildə tərtib edilib:
“Sənədlərə əsasən, maliyyə bazarlarına nəzarət orqanının müəyyən edilmiş səlahiyyətləri, lisenziyalaşdırma, tənzimləmə və nəzarət, investorların və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması sahəsində Azərbaycan Mərkəzi Bankına verilir. Qanun layihələrinin hazırlanmasında beynəlxalq təcrübə, Dünya Bankının və Beynəlxalq Valyuta Fondunun tövsiyyələrindən istifadə olunmuşdur.
BOKT-lar üçün yeniliklərdən biri də maliyyə dayanıqlılığının artırılması üçün prudensial tələblərin təyin edilməsidir. Bu çərçivədə, kredit riskinin maksimum məbləği, minimum kapital miqdarı, öhdəliklərin kapitala nisbəti kimi məhdudiyyətlər qoyulacaq”, – belə bildirilib.