“Muğanbank” ASC-yə 2 yeni səhmdar gəlib. Hazırda Vəliyevlər “Muğanbank”ın ən böyük səhmdarlarıdır.
“Muğanbank” ASC-nin səhmdar tərkibi dəyişib.
Bond.az-ın məlumatına görə, belə ki, dəyişikliyədək “Muğanbank” ASC-nin səhmdaları Elmir Mehdiyev (67.7442 %), Fəridə Mehdiyeva (21.6071%) və Vəfa Vəliyeva (10.6487%) idi.
Yeni tərkibə görə, səhmdarlar Samir Vəliyev (40%), Munir Vəliyev (40%), Fəridə Mehdiyeva (10.8928%), Vəfa Vəliyeva (8.3254%) və Elmir Mehdiyevdir (0.7818%).
Samir və Munir Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyevin oğullarıdır.