“Standard & Poor’s” beynəlxalq reytinq agentliyi Azərbaycan banklarının kapitalının və aktivlərinin gəlirliliyi üzrə proqnozunu açıqlayıb.
Reytinq agentliyinə istinadən xəbər verilir ki, Azərbaycan bankların xalis mənfəətinin balans kapitalına nisbəti (ROE) 2023 və 2024-cü illər üzrə 15% proqnozlaşdırılıb. 2022-ci ildə isə bu rəqəm 16,2% təşkil edib.
“S&P Global Ratings” bankların aktivlərinin gəlirliliyinin (RoAA) 2022-ci ildəki 1,9%-dən 2023 və 2024-cü illərdə 1,8%-ə enəcəyini müəyyən edib.
“Standard & Poor’s” Azərbaycanda problemli kreditlərlə bağlı proqnozunu açıqlayıb
“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanda bank sektoru üzrə problemli kreditlərlə bağlı proqnozunu açıqlayıb.
Agentlik 2025-ci ilə kimi Azərbaycanda problemli kreditlərin nisbətən artacağını proqnozlaşdırıb.
Belə ki, 2022-ci il üzrə vaxtı ötmüş kreditlərin ümumi kredit portelinə nisbəti 2,9% təşkil edib. “Standard & Poor’s” bu il üzrə problemli kreditlərin 3,1%, 2024-cü ildə isə 3,2%-ə kimi artacağını müəyyən edib.
S&P bank sektorunda kredit itkilərinin artacağını proqnozlaşdırıb. Reytinq agentliyi kredit itkilərinin ümumi kredit portfelinə nisbətinin 2023 və 2024-cü illər üçün 1,2% müəyyən edib.
Qeyd edək ki, ötən il üzrə bu rəqəm 1% təşkil edib.
Mənbə: Marja.az