Türkiyədə prezidentliyə namizədlərdən biri – Məmləkət Partiyasının sədri Muharrem İnce dövlət başçısı postu uğrunda mübarizədən geri çəkilib.
Bu barədə o, açıqlamasında bildirib.
Türkiyədə mayın 14-də keçiriləcək seçkidə dövlət başçısı postu uğrunda üç namizəd mübarizə aparacaq: hakim Ədalət və İnkişaf Partiyasının lideri, hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan, Cümhuriyyət Xalq Partiyasının sədri Kemal Kılıçdaroğlu və Ata İttifaqından namizəd Sinan Oğan.
Mənbə: Haber Global