Türkiyədə keçirilən prezident seçkilərində səsvermə bülletenlərinin 98,06 faizi sayılıb, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 49,34 faiz səslə öndədir.
Bond.az xəbər verir ki, ikinci yerdə 45 faiz səslə “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu gəlir.
Üçüncü yerdə Sinan Oğan qərarlaşıb (5,24 faiz).
Ümumilikdə seçici fəallığı 88 faiz təşkil edir.