Cari ilin birinci yarısında “Azərpoçt” MMC 33 mln. manat gəlir əldə edib.
“Bond” xəbər verir ki, bunu “Azərpoçt”un İdarə Heyətinin sədri Əfqan Cəlilov bildirib.
“Cari ilin xərcləri isə 31 mln. manat təşkil edib. Bu da minimal əmək haqqının 300 manatdan 350 manata yüksəlməsi ilə bağlıdır. Əgər bir problem olmasa ilin sonuna qədər “Azərpoçt” bu ili də mənfəət göstəriciləri ilə bitirəcək”, – deyə Əfqan Cəlilov bildirib.