25 yaşlı Şəbnəmin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Ulduz Əfəndiyeva məlumat verib.
O bildirib ki, övladı anadangəlmə serebral iflic və epilepsiya xəstəliyindən əziyyət çəkir.
“Şəbnəmin 25 yaşı var, anadangəlmə serebral iflic və epilepsiya xəstəliyindən əziyyət çəkir. Onun gündəlik içməli olduğu dərmanlar var, içmədiyi zaman vəziyyəti daha da ağırlaşır. Hazırda Şəbnəmin dərmanlarını almaq üçün 500 manata, masajlarını etdirmək üçün isə 1000 manata ehtiyacımız var. Onun masajları edilmədikcə, epilepsiyası daha da artır.”
Ulduz Əfəndiyeva yardımsevər şəxslərdən dəstək istəyib.
“Mən özüm xadimə işləyirəm, bir də Şəbnəmin pensiyası ilə dolanırıq. İnanın, iki aydan çoxdur qaz pulunu ödəyə bilmirəm. 150 manat borcumuz var, gəlib qazımızı da kəsiblər. Evimiz buz kimidir, Şəbnəm xəstələnməsin deyə onu uşaq kimi bükmüşəm. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını, müalicələr üçün övladıma yardım etmələrini xahiş edirəm”.
Ailə ilə əlaqə: (010) 392-24-46.
Kapital Bank: 4169 7388 9075 1716.