ABŞ Senatı Con Retkliffin Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri vəzifəsinə təyinatını təsdiqləyib.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə ABŞ mediasında xəbər yayılıb.
Bildirilir ki, təyinat üçün 74 senator lehinə, 25 nəfər əleyhinə səs verib, bir nəfər səsverməyə qatılmayıb.
Beləliklə, Retkliff ABŞ-nin yeni administrasiyasının Senatın təsdiqini alan ikinci üzvüdür. Birinci şəxs dövlət katibi Marko Rubio olub.
Qeyd edək ki, əvvəllər Retkliff Nümayəndələr Palatasının üzvü olub və Trampın ilk prezidentlik müddətində Milli Kəşfiyyatın direktoru vəzifəsində çalışıb.