ABŞ “Taliban” hərəkatının ali rəhbərlərinin tutulması üçün vaxtilə “Əl-Qaidə” lideri Üsamə bin Ladenin başına qoyulan məbləğdən daha çox mükafat elan edə bilər.
Oxu.Az-ın “İzvestiya”ya istinadla verdiyi məlumata görə, bu barədə ABŞ Dövlət Katibi Marko Rubio bəyan edib.
Onun sözlərinə görə, əllərində olan məlumata əsasən, “Taliban” əvvəl düşünüldüyündən daha çox ABŞ vətəndaşını girov saxlayır.
“Əgər bu doğrudursa, onların ali rəhbərləri üçün dərhal çox böyük mükafat təyin etməliyik “, – deyə dövlət katibi vurğulayıb.
Lakin hərəkat tərəfindən saxlanılan ABŞ vətəndaşlarının dəqiq sayı açıqlanmır. Daha əvvəl Əfqanıstan rəsmiləri iki amerikalı vətəndaşın ABŞ-də narkotik qaçaqmalçılığı və ekstremizmdə ittiham olunaraq məhkum edilmiş əfqanla mübadiləsi barədə məlumat vermişdilər.
Xatırladaq ki, Bin Ladenin tutulması və ya öldürülməsinə gətirib çıxaracaq məlumat üçün ABŞ 25 milyon dollar (42,5 milyon manat) vəd etmişdi.