AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker UEFA-dan təyinat alıb.
Oxu.Az xəbər verir ki, belçikalı mütəxəssis Çempionlar Liqasının oyununda iş başında olacaq.
O, Liqa mərhələsinin VIII turunun görüşünə təyinat alıb. De Bleker PSV – “Liverpul” qarşılaşmasının hakim-inspektoru olacaq.
Qeyd edək ki, Niderlandın Eyndhoven şəhərindəki oyun yanvarın 29-da keçiriləcək.