“Avropa İttifaqının (Aİ) öz ordusuna ehtiyacı yoxdur”.
Oxu.Az-ın “Anadolu” agentliyinə istinadla məlumatına görə, bu barədə Aİ xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bəyan edib.
O vurğulayıb ki, Avropa İttifaqı və NATO sıx əməkdaşlıq etməlidir.
“Aİ-də 27 ordu var və onlar kollektiv müdafiəyə öz töhfələrini verməlidirlər. Hər ölkənin müdafiə planlaması və müdafiə büdcəsi var. Buna görə də biz Avropa ordusuna ehtiyacımız olduğunu deyə bilmərik, lakin NATO və Aİ məsələsi ortaya çıxanda bu 27 üzvün çox yaxşı birlikdə işləməsinə ehtiyacımız var”, – deyə o bildirib.