Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 7,25% həddində saxlanılması barədə qərar qəbul edib.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.
Bildirilib ki, faiz dəhlizinin aşağı həddi 6,25%, yuxarı həddi isə 8,25% saxlanılıb.
“Bu qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf daxilində (4±2%) olması, qlobal iqtisadi şərait, makroiqtisadi meyillərin təhlili və pul siyasətinin iqtisadiyyata ötürücülüyü nəzərə alınmaqla qəbul olunub”, – deyə AMB bəyan edib.
Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar barədə məlumat ictimaiyyətə martın 12-də açıqlanacaq.