Bakıdan Quba istiqamətində gedən yolda yaranan problem sürücülərin narazılığına səbəb olub.
Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə paylaşılıb.
Qeyd olunub ki, iki aydan çoxdur ki, Bakı-Quba yolunda asfalt örtüyü dağılıb. Bu isə hərəkət sürəti 90 km/saat olan yolda həm sürücülər üçün ciddi təhlükə, həm də avtomobillərin sıradan çıxması deməkdir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli də Oxu.Az-a açıqlamasında faktı təsdiqləyib.
“Bakı-Quba yolunun 102-ci kilometrliyində olan körpünün (yol ötürücüsünün) temperatur tikişində olan asfalt örtüyü dağılıb. Əraziyə baxış keçirilib və problem əməkdaşlarımız tərəfindən ötən gün tam aradan qaldırılıb. Dağılan yerə yeni asfalt vurulub”, – deyə A.Nəcəfli bildirib.
Əzizə İsmayılova