“Türkiyənin Suriyanın yeni hakimiyyətinə dəstəyi bölgəyə inteqrasiya baxımından mühüm əhəmiyyət kəsb edir”.
Oxu.Az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidan ilə birgə Bakıda keçirilən mətbuat konfransında deyib.
Nazir, həmçinin əlavə edib ki, Qəzzada tərəflərin atəşkəs və girovlara dair razılaşmaya riayət edəcəklərinə ümid edir:
“İnanırıq ki, bu, münaqişənin sona çatması üçün əhəmiyyətli olacaq. Azərbaycan münaqişənin BMT-nin qətnamələrinə uyğun həllinin tərəfdarıdır və bu istiqamətdə mövqeyimiz davam edəcək”.
Mərahim Nəsib