Çinin şimal-şərqindəki Şenyan şəhərində yerləşən bazarda güclü partlayış baş verib.
Oxu.Az-ın “Türkiye” nəşrinə istinadla verdiyi məlumata görə, sosial şəbəkələrdə hadisə ilə bağlı görüntülər yayılıb.
Hadisə şəhərdə böyük panikaya səbəb olub və çoxsaylı insanların xəsarət almasına gətirib çıxarıb. Ancaq xəsarət alanların sayı barədə dəqiq məlumat yoxdur.
Yerli rəsmilər hələlik partlayışın səbəbləri barədə açıqlama verməyiblər. Hadisə yerində xilasetmə əməliyyatları davam edir.
Maraqlıdır ki, partlayışın baş verdiyi mərkəz cəmi üç gün əvvəl Çin Sədri Si Cinpin tərəfindən ziyarət edilib.