Dünya İqtisadi Forumu (WEF) ortamüddətli dövrdə əsas riskləri müəyyən edən bu il üçün qlobal risklər hesabatını dərc edib. Azərbaycanda risk kimi ilk növbədə süni intellektin inkişafını əsas göstərib.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə WEF-in saytında dərc olunan hesabatdan aydın olub.
Bildirilir ki, “Global Risks Report 2025” dünya üzrə 900-dən çox ekspertin qiymətləndirmələri əsasında hazırlanıb.
Sənəddə dünya üçün üç risk növü təsvir edilib – cari və yaxın (2025-ci ildə), qısamüddətli və ortamüddətli (2027-ci ilə qədər), uzunmüddətli (2035-ci ilə qədər).
Analitiklər dövlətlər arasındakı silahlı münaqişələri 2025-ci ildə dünya miqyasında əhəmiyyətli böhrana səbəb ola biləcək ən ehtimallı amillərdən biri hesab ediblər. Lakin 10 ildən sonra ən narahatedici risk iqlim dəyişikliyi olacaq.