Samux rayonunda ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Oxu.Az-a məlumat daxil olub.
Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev Oxu.Az-a açıqlamasında bildirib ki, hadisə bu gün saat 7:45-də Samux-Kür avtomobil yolunun 1-ci kilometrliyində baş verib.
“Samux rayon sakini Məhərrəm İsmayılov idarə etdiyi 90-BJ-145 dövlət qeydiyyat nişanlı “Volkswagen” markalı avtomobillə əkin sahəsindən, yəni torpaq yoldan çıxan arabaçını vurub. Arabanı sürən şəxs həyatını itirib. Hazırda onun şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər görülür. Faktla bağlı araşdırma aparılır”, – deyə M.Ağayev bildirib.
Əzizə İsmayılova