Ermənistandakı mədənlərin tullantı sularının Araz çayına axıdılması davam edir.
Oxu.Az xəbər verir ki, bu barədə “Araz News” məlumat yayıb.
Məlumata görə, belə vəziyyət bölgənin ekologiyası və kənd təsərrüfatı üçün böyük həcmdə mənfi nəticələrə səbəb olur.
Mütəxəssis araşdırmaları göstərir ki, çay yatağının çöküntülərində ağır metallar yığılıb və bu, regionda su ehtiyatları, eləcə də kənd təsərrüfatı torpaqlarını çirkləndirir.
Ekoloqların xəbərdarlıqlarına və Araz çayı sahil zolağı sakinlərinin etirazlarına baxmayaraq, İran rəsmiləri indiyədək bu məsələyə dair ciddi fikir bildirməyiblər.