Rusiyada məşhur olan “Cermuk” mineral suyunu istehsal edən Ermənistanın “Cermuk Qrup” QSC-yə, onun Rusiyadakı nümayəndələrinə və distribütoruna qarşı 1,5 milyard rubl (təxminən 249 milyon manat – red.) dəyərində iddia qaldırılıb.
Oxu.Az xəbər verir ki, bu barədə “Kommersant” məlumat yayıb.
Xatırladaq ki, keçən ilin fevral ayında vladiqafqazlı iş adamı Oleq Qusov bu mineral suyu içdikdən sonra yanıqlardan ölüb – şüşə butulkada qabların yuyulması üçün istifadə olunan sirkə turşusu olub.