Türkiyənin “Eyüpspor” futbol klubunun yarımmüdafiəçisi Taşkın İlter karyerasını Azərbaycan Premyer Liqasında davam etdirə bilər.
Oxu.Az Türkiyə mediasına istinadən xəbər verir ki, öz klubunda çıxış etməkdə problem yaşayan Azərbaycanın gənclərdən ibarət yığmasının sabiq futbolçusu “Qarabağ”, “Neftçi” və “Sabah” variantlarını nəzərdən keçirir.
30 yaşlı yarımmüdafiəçi Türkiyə klublarından təklif almasa, karyerasını Azərbaycan Premyer Liqasında davam etdirə bilər.
Qeyd edək ki, İlter vaxtilə Azərbaycanın 19 və 21 yaşadək futbolçulardan ibarət milli komandalarında və Türkiyənin bir sıra klublarında çıxış edib.